Fevral ayı ərzində icbari tibbi sığorta ilə ən çox tibbi xidmət göstərən həkim-kardioloqların adları açıqlanıb. Bu barədə ShimalNews 7 mart tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat verir.

Qusar Rayon Mərkəzi Xəstəxanasında sayca ən çox xidmət göstərən və pasiyenti olan həkim-kardioloq Baxış Abdusəmədovdur. O, ötən ay ərzində 1896 dəfə xidmət göstərib və ümumilikdə 727 pasiyenti olub.