Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb. Bu barədə ShimalNews 7 mart tarixində quruma istinadən məlumat verir.
Səyyar qəbul Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində baş verib. Qəbulda DTX-nin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, RİH yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Ziyəddin Əliyev aidiyyəti şəxslərə tapşırıqlar verib.