Qubada mağazalara aid pilləkənlər səkini zəbt edib. Bu barədə ShimalNews 7 mart tarixində xəbər verir.

Hadisə rayonun M.P.Vaqif küçəsində qeydə alınıb. Belə ki, piyadalar səki ilə hərəkət edərkən qarşılarına pilləkən çıxır. Bu səbəbdən onlar məcburən yolla hərəkət etməli olurlar. Bu isə onlar üçün təhlükə yaradır.

Qeyd edək ki, M.P.Vaqif küçəsi intensiv olmaqla yanaşı, onun sağ və sol hissələrində mağazalar yerləşir.

Qubada mağazalara aid pilləkənlər səkini zəbt edib
Photo Shimal.News