İsmayıllıda Regional Azərbaycan Kuboku layihəsinin final mərhələsi yekunlaşıb. Bu haqda ShimalNews 7 mart tarixində DPTM-ə istinadən məlumat verir.
Müsabiqə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Regional Azərbaycan Kubokunun qalibləri kubok, medal və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.