İsmayıllıda futbol klubunun avtobusu qəzaya düşüb. Bu haqda ShimalNews 7 mart tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
Yol-nəqliyyat hadisəsi bu gün saat 13:00 radələrində Basqal qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı BA-004-KU qeydiyyat nişanlı avtobusun sürücüsü Anar Qafarov sərt döngədə idarəetməni itirərək qarşıdan gələn 77-EF-972 dövlət qeydiyyat nişanlı “MACK” markalı yük avtomobili ilə toqquşub.
74 yaşlı yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini, “Mingəçevir” FK-nın əməkdaşı, 55 yaşlı Zaur Qarayev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.