31 il dövlət qulluğunda çalışan Yaşar Şirəliyev təqaüdə çıxır. Bu barədə ShimalNews 7 mart tarixində DünyaTV-yə istinadən məlumat verir.
Yaşar Şirəliyev 1958-ci ildə İsmayıllı rayonunun Quşencə kəndində anadan olub. O, 1992-ci ildən İmayıllı RİH-nin başçısının Quşencə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub. Hazırda 65 yaşı tamam olan Yaşar müəllimə bir neçə gün öncə təqaüd yaşına çatması xəbəri çatıb.
“Mən getsəm də, dövlətimə, dövlət başçıma həmişə minnətdaram. Vəzifədən getsəm də, kənddən getmirəm, mən həmişə kollektivimlə birgə olacam. Kəndin problemlərində yenə iştirak edəcəm”, – deyə Şirəliyev qeyd edib.
Qeyd edək ki, Yaşar Şirəliyev 2022-ci ilin iyun ayının 22-də Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.