1 milyona yaxın uduş qazanan Xaçmaz sakini məscidi təmir edəcək. Bu haqda ShimalNews 6 mart tarixində məlumat verir.
Kamran Məmmədsəidov Azərbaycanda lotereya tarixində ən böyük uduşa sahib olub. “Zaurla günaydın” verilişinin qonağı olan qalib bildirib ki, yaşadığı Qımılqışlağın Mirzəmməd kəndində yerləşən məscidi bərpa edəcək. Bundan əlavə, qazandığı 913.072 manatın 10 mini “YAŞAT Fondu”na, 10 mini AFAD-a, 10 minini isə Heydər Əliyev Fonduna köçürəcək.
Videogörüntüləri təqdim edirik: