Xaçmaz rayonunda körpə nərə cinsli balıqların ovlandığı müəyyən edilib. Bu haqda ShimalNews 6 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Xəzər dənizinə nəsil artımı üçün buraxılan balıqların icazələri və kvotaları olmadan həvəskar balıqçı adı altında tutulub satılmasını təşkil edən şəxslər müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı saxlanılan şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.