Qubada ikimərtəbəli evdə yanğın baş verib. Bu barədə ShimalNews 6 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
Hadisə şəhərdə yerləşən 120 kv.m evin 2-ci mərtəbəsində qeydə alınıb. 12 kv.m sahədə 1 otağın yanar konstruksiyaları yanıb.
Yanğınsöndürənlər yataq xəstəsini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Evin qalan hissəsi yanğından mühafizə olunub.