Qubada güclü külək bir sıra fəsadlar törədib. Bu haqda ShimalNews 6 mart tarixində xəbər verir.
Rayon ərazisində işıq, rabitə dirəkləri və bir necə ağac aşıb. Quba-Xaçmaz yolunda isə çinar qaz borusunun üzərinə düşüb və avtomobillər üçün maneə yaranıb. Eləcə də elektrik təminatında arabir fasilələr yaranır.
Hazırda kəskin hava şəraiti davam edir. Bəzi görüntüləri oxucularımıza təqdim edirik.