Qubanın Cadarı kəndində intihar hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 6 mart tarixində xəbər verir.
Martın 5-i saat 16:00 radələrində 20 yaşlı Zümreddin Əlixanovun cəsədi yaşadığı evin həyətində ağacdan asılı tapılıb. Tibbi ekspertizanın nəticələrinə görə, gənc özü həyatına son qoyub.
Prokurorluq tərəfindən araşdırma davam edir.
Zümreddin ötən ilin oktyabr ayında hərbi xidmətdən tərxis olunub. Onun 48 yaşlı atası Nail Əlixanov 1-ci Qarabağ müharibəsində döyüşüb. Mərhum onun 3 oğlundan ən kiçiyi idi.