Quba rayonunda turizmin inkişafı layihəsi üzrə 200.000 manat güzəştli kredit ayrılıb. Bu haqda ShimalNews 6 mart tarixində vergiler.az-a istinadən xəbər verir.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyə dəstəyi sahibkar İlham Məmmədova edilib. Layihənin icrası nəticəsində 6 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Kredit “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.