Quba şəhərində məktəblilər üçün olimpiadalara hazırlıq dərsləri təşkil olunacaq. Bu haqda ShimalNews 6 mart tarixində Təhsil İnstitutuna istinadən məlumat verir.

İKT sahəsində paytaxt və digər bölgələr arasındakı fərqin aradan qaldırılması, 8-ci sinif şagirdlərinin riyaziyyat və informatika olimpiadalarına olan marağının artırılması məqsədilə “Technest” təqaüd proqramı elan edilir. Təqaüd qazanan şagirdlər pulsuz olimpiada dərslərinə cəlb olunacaqlar.

Təqaüd proqramından yararlanmaq istəyən şagirdlərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Seçmə prosesi 2 mərhələli imtahan vasitəsilə tənzimlənəcəkdir. 1-ci mərhələ onlayn www.oxuyan.az saytında bazar günü (12.03.2023-cü il tarixində saat 10:00), 2-ci mərhələ isə əyani formada təşkil olunacaq.