İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində şagirdlər üçün seminar keçiriləcək. Bu haqda ShimalNews 6 mart tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə (DPTM) istinadən xəbər verir.
Tədbir martın 7-si saat 10:30-da baş tutacaq. İsmayıllı DPTM-də “Şagirdlərin karyera planlaması” mövzusunda seminar Elmira Qurbanova tərəfindən aparılacaq. Burada əsas məqsəd tələbələrin müvafiq sahədə bilik və bacarıqlarının artırılmasıdır.