Qubada günün 2-ci yarısında yanğın hadisəsi baş verib. Bu haqda ShimalNews 6 mart tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İqrığ kəndində dəmir konstruksiyalardan ibarət vaqon tipli köməkçi tikilinin taxta üzlüyü və içərisinə yığılan taxta taralar yanıb. Ümumi sahə 45 kv.m təşkil edir.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər mühafizə olunub.