Bakıdan Xaçmaz rayonuna kimi sürət qatarı hərəkət edəcək. Bu barədə ShimalNews 2 mart tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Sumqayıt şəhərindən Yalama qəsəbəsinə qədər layihənin icrası aparılır. Onun 169 km uzunluğu var və 2 hissədən ibarətdir. Biri “LOT-1” (Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonlarını əhatə edir) və digəri “LOT-2” (Siyəzən, Xızı və Xaçmaz rayonlarını əhatə edir) adlanır.

Hazırda Rusiya sərhədinədək hərəkət edəcək sürət qatarının keçəzcəyi şimal dəmir yolu xəttində əsaslı bərpa və yenidənqurma işləri görülür. Onun 2024-cü ilin sonunadək hazır olacağı deyilir.