Ləzgilərin ənənəvi yeməklərindən biri şakukadır. Bu təama, həmçinin ‘‘ləzgi pizzası” da deyilir. Şakuka sağlam, qidalandırıcı və doyumlu xörək hesab edilir.

Yerli sakinlərin sözlərinə görə, hazırda şakuka nadir hallarda hazırlanır. Keçmişdə çörək bişirilərkən ilk olaraq şakuka hazırlanırdı. Uşaqlar səbirsizliklə sobanın ətrafına toplaşardılar. Şakukanı sobadan çıxardıqdan sonra tikə-tikə doğrayıb uşaqlara paylayırdılar.

Şakukanın hazırlanması üçün əvvəlcədən iç hazırlanır. Bunun üçün təzə şorla yumurta qarışdırılır, ona duz və istiot əlavə olunur. Sonra xəmir yağlanıb kündələnir. Bir müddət keçəndə ondan lavaş yayılır, lələklənir, üstünə həmin kütlə yaxılıb qaynar sobada bişirilir. Şakukanın tərkibi və içliyi zövqə görə dəyişə bilər.

“Ləzgi pizzası” şakuka

İstinad edilən mənbələr: