Milli Məclisin deputatı Vahid Əhmədov Quba rayonunda növbəti dəfə sakinləri qəbul edib. Bu barədə ShimalNews 1 mart tarixində Qafqaz TV-yə istinadən məlumat verir.
Deputat onunla görüşə gələn vətəndaşların təklif və şikayətlərini dinləyib. Müraciətlərin əsas hissəsini işlə təminat, məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər və digər məsələlər təşkil edib. Qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb, bəzi müraciətlər isə həll olunması üçün aidiyyəti orqanlara yönləndirilib.