Xaçmaz rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib. Bu barədə ShimalNews 27 fevral tarixində məlumat verir.

Maliyyə dəstəyi Azərbaycan Gənclər Fondu, təşkilatçılıq isə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən olub. Yarış 7 nömrəli tam orta məktəbdə baş tutub.

Burada rayonun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən ibarət 8 komanda mübarizə aparıb.

Nəticə etibarı ilə qalib 6 nömrəli tam orta məktəbin müəllim və şagirdlərdən ibarət “Turan” komandası olub və Qubada keçiriləcək final mərhələsində vəsiqə qazanıb. 2 nömrəli tam orta məktəbin “İstiqlal” komandası 2-ci, 1 nömrəli tam orta məktəbin “Nömrə 1” komandası isə 3-cü olub.

Qaliblərə mükafat olaraq kubok, diplom, medal və bədii ədəbiyyat nümunələri olan kitablar təqdim edilib.

Mart ayında davam edəcək layihə çərçivəsində Siyəzən və Şabran rayonlarında seçim turları keçirilib, Quba və Qusar rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə turnirlərin keçirilməsi planlaşdırılıb. Final Quba rayonunda təşkil olunacaq.