İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Xaçmazda vətəndaşların qəbulunu keçirib. Bu barədə ShimalNews 24 fevral tarixində RİH-yə istinadən məlumat verir.
Görüş mərkəzi xəstəxanada baş tutub. Xaçmaz, Siyəzən və Şabrandan olan 30 nəfərdən çox sakin burada iştirak edib. Onlar, əsasən, əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı məsələləri qaldırıblar.
Bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.