Qubalı qazi Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə dəstək olub. Bu barədə ShimalNews 22 fevral tarixində məlumat verir.
Rustov kəndindən olan Elvin Bədəlov 44 günlük Vətən muharibəsində döyüşüb. O, qardaş ölkədə baş verənlərə biganə qala bilməyib və imkanı çatan yardımı əsirgəməyib.
Qazimiz müddətdən artıq həqiqi hərbi xidmət keçib. Hazırda təqaüddədir, 3-cü qrup əlildir. Prezident İlham Əliyev tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
