Quba-Bakı yolunun işıqlandırma işləri aparılır. Bu haqda ShimalNews-a 21 fevral tarixində məlumat daxil olub.
Hazırda yolun Nügədi Qazmalar kəndi ərazisindən keçən hissəsində işıq dirəkləri quraşdırılır. Əraziyə “Azərenerji”nin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib.
Prosesin həftənin sonunadək yekunlaşması nəzərdə tutulur.

