“Xanoba” gömrük məntəqəsinin tikinti işləri başa çatmaq üzrədir. Bu barədə ShimalNews 20 fevral tarixində məlumat verir.
Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayevlə Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovun görüşü olub.
Şahin Mustafayev bildirib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikinti işləri başa çatmaq üzrədir.
“Xanoba” gömrük postunun layihəsi 3 zonadan ibarətdir: Rejim zonası, İdxal və ixrac üçün terminal, İctimai iaşə zonası.