Xaçmazda rayon idmançıları üçün ustad dərsləri keçirilib. Bu barədə ShimalNews 20 fevral tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Xaçmaz UGİŞM-də baş tutan ustad dərsi əməkdar məşqçi Ramil Məmmədov tərəfindən keçirilib. Tədbir zamanı idmançılar müxtəlif fəndləri yerinə yetiriblər və onlara lazım olan tövsiyələr verilib. Ustad dərslərinə Xaçmaz və Xudat şəhərlərindən 50-yə yaxın yeniyetmə və gənc qatılıb.

Dərslərin keçirilməsində əsas məqsəd olimpiya idman növlərini təbliğ etmək, rayonda güləşlə məşğul olan uşaq, yeniyetmə və gənclərin sayını artırmaqdır.