Xudatda saat 17:10 radələrində bir neçə nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Bu barədə ShimalNews 17 fevral tarixində xəbər verir.
Xaçmaz-Xudat yolunda “Mercedes E-Class” və “Hyundai SantaFe” markalı avtomobillər toqquşub. İlkin məlumata görə, 3 nəfər dünyasını dəyişib.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Təcili tibbi yardımın və FHN-nin xilasedicilərinin gəlməsi gözlənilir.
Məlumat əlavə ediləcək.


