Xaçmazda Palçıqoba kənd tam orta məktəbinin inşa prosesinə hazırlıq davam edir. Bu barədə ShimalNews 17 fevral tarixində məlumat verir.

Məktəb 2 il öncə yanıb. Onun əsas binası tamamilə yararsız hala düşüb. Burada 5 kənddən şagirdlər təhsil alırdı. Hazırda onlar təhsillərini davam etdirmək üçün Nərəcan kəndinə köçürülüblər.

Sentyabr ayında isə 2 mərtəbəli yeni binanın tikintisinin bitəcəyi gözlənilir. Onun ümumi sahəsi 2870.7 kv.m təşkil edəcək.

Daha öncə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tikinti işlərinin satın alınması tenderini keçirmişdir və 5.042.354,18 manat məbləğində müqavilə imzalanmışdır.