İsmayıllı rayonunda vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Bu barədə ShimalNews 17 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Hadisə Quşencə kəndi ərazisindəki meşə sahəsində baş verib. Keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib.

Həmin şəxsin izahatı alınıb. Polis tərəfindən araşdırma aparılır.