Xəzər dənizinin Xaçmaz rayon akvatoriyasında brakonyerlər saxlanılıblar. Bu haqda ShimalNews 14 fevral tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları nəzarət-yoxlanış tədbirləri keçiriblər. Nəticədə rayon sakinləri Tacir Kəlbixanov və Ravil Əlixanov saxlanılıblar. Onların barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.