İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsi Xaçmaz, Şabran, Siyəzən rayon sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 10 fevral tarixində adıçəkilən müəssisəyə istinadən məlumat verir.
Fevralın 24-ü agentliyin İdarə Heyəti sədri Zaur Əliyev sakinlərlə görüşəcək. Tədbir Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 49 ünvanında yerləşən Mərkəzi Xəstəxananın konfrans zalında saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə yaşadıqları rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər. Son müraciət 23 fevral saat 18:00-dək olunmalıdır.