İsmayıllı rayonunun Talıstan, Təzəkənd və Quşencə kəndlərinin şagirdləri üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Bu barədə ShimalNews 10 fevral tarixində Azərbaycan Gənclər Fonduna istinadən xəbər verir.
Oyun “Kəndimizin İntellektual Gəncləri” layihəsi çərçivəsində təşkil olunub və daha 2 kənddə davam etdiriləcək.
Bütün bu fəaliyyətin məqsədi gənclərin elmə marağının artırılması, onlara praktiki bacarıqlar aşılamaq, məktəblilərin respublika səviyyəli intellektual oyunlarda iştirak etməsi, onların ölkə gəncliyinə inteqrasiyasının təmin edilməsindən ibarətdir.
