İsmayıllının Ağbulaq kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Bu barədə ShimalNews 10 fevral tarixində İsmayıllı RİH-yə istinadən məlumat verir.
Rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri sakinlərlə görüşdə iştirak ediblər. İcra başçısı Nahid Bağırov qaldırılan məsələləri dinləyib, onların həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verib.
