Xaçmaz sakinləri qardaş Türkiyədə zəlzələdən zərər çəkənlər üçün humanitar yardım hazırlayırlar. Bu haqda ShimalNews 8 fevral tarixində xəbər verir.
H.Zeynalabdin Tağıyev küçəsində (Kapital Bankın yanında) çox sayda insan axını müşahidə olunur. Burada yerləşən toplama məntəqəsinə bağlamalar təhvil verilir.
Qatılmaq istəyən şəxslər məlumat üçün (055) 815-17-00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Son görüntüləri izləyicilərimizə təqdim edirik: