İsmayıllıdan olan məktəbli qız Lütfi Zadə Məktəblilərarası I Məntiq Olimpiadasında yüksək nəticə göstərib. Bu barədə ShimalNews 8 fevral tarixində Q.Məmmədov adına məktəbə istinadən məlumat verir.

Aşıqbayramlı kənd tam orta məktəbinin IV sinif şagirdi Ayşə Dəmirzadə mümkün olan 100 baldan 100-nü toplayıb. Bu münasibətlə ona xüsusi sertifikat təqdim edilib.

Növbəti – final mərhələsində şagirdimizə uğurlar arzu edirik.

İsmayıllıdan olan məktəbli olimpiadada fərqlənib
Foto İsmayıllı rayon Q.Məmmədov adına Aşıqbayramlı kənd tam orta məktəb