İsmayıllıda Polis Akademiyasının əməkdaşları məktəblilərlə görüşüblər. Bu barədə ShimalNews 8 fevral tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Tədbir 15 tam orta məktəbdə baş tutub. Görüşlərdə 190-a yaxın 11-ci sinif şagirdi iştirak edib. Təbliğat xarakterli görüşlərin keçirilməsində məqsəd yeniyetmələri sağlam həyat tərzinə və təhsilə təşviq etmək olub.

Bundan əlavə, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib. Sonda təhsil müəssisəsindəki tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.