Qubada ilk dəfə “Guba Open” beynəlxalq şahmat turniri keçirilir. Bu barədə ShimalNews 8 fevral tarixində məlumat verir.
Burada Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir. Onlar ilk növbədə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla anıblar.
Doqquz turdan ibarət turnir fevralın 13-ü yekunlaşacaq. Əsas yarışda 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır. Mükafat fondu 5950 manat təşkil edir.