Qubada Azərbaycan Pediatriya Cəmiyyətinin regional iclası keçiriləcək. Bu barədə ShimalNews 7 fevral tarixində cəmiyyətə istinadən məlumat verir.
Tədbir fevralın 25-i baş tutacaq. Regional iclasda “Peyvənd tərəddüdü və peyvəndlə əlaqəli problemlərimiz”, “Sağlam Uşaq Təqibi”, “Uşaqlarda vitamin, mineral və dəmir çatışmazlığı”, “Alt və üst tənəffüs yolu infeksiyaları”, “Qıcolmaya yanaşma” və digər mövzular müzakirə ediləcək.
İclasda iştirak üçün qeydiyyat ödənişsizdir.
Məkan: Macara Lake Park Hotel, Konfrans zalı
Əlaqə nömrəsi: (099) 885-23-07, (099) 885-23-06.