Yüksək patogen quş qripi xəstəliyindən qorunmaq məqsədilə Xaçmazda keçirilən yoxlamaların nəticələri açıqlanıb. Bu barədə ShimalNews 7 fevral tarixində AQTA-ya istinadən məlumat verir.

Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə müxtəlif növ vəhşi quş ovlanıb və onlardan patoloji materiallar götürülüb. Xaçmazda sənaye əsaslı quşçuluq müəssisəsində və ailə təsərrüfatlarında quşlardan laboratoriya müayinəsi üçün qan nümunələri götürülüb, quş damlarına ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində yüksək patogen quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Həmçinin ailə və fermer təsərrüfatlarında xəstə və ya tələf olmuş heyvanlar aşkar edilməyib.