Xaçmaz rayonunda fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 7 may tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Tədbir FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mütəxəssislərinin iştirakı ilə Uzunoba kənd tam orta məktəbində baş tutub. Burada baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə geniş məlumat verilib. Həmçinin bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb.
Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbir zamanı iştirakçıların sualları cavablandırılıb.