İsmayıllıda şagirdlər üçün mükafatlı “Riyaziyyat-Məntiq” olimpiadası keçiriləcək. Bu barədə ShimalNews 4 fevral tarixində “İsmayıllı” Tədris Mərkəzinə istinadən məlumat verir.
Martın 5-i baş tutacaq olimpiadaya Azərbaycan və rus bölmələri üzrə 2-11-ci sinif şagirdləri qatıla bilərlər. Qaliblərə 100, 50, 20, 10 və 5 manat pul mükafatı təqdim olunacaq.
2 saat davam edəcək imtahanda riyaziyyat və məntiq fənlərinin hər birindən 25 sual olacaq. Olimpiadada iştirak haqqı 7 manatdır.
Son qeydiyyat tarixi: 4 mart 12:00.
Ətraflı məlumat üçün (070) 510-33-55.
Ünvan : İsmayıllı şəhəri, Mirzə Fətəli Axundov küçəsi ( Buta Ticarət Mərkəzi, 2-ci mərtəbə).
Qeyd: 4 mart 12:00-dan sonra iştirak haqqı 12 AZN təşkil edəcək.