İsmayıllı rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb. Bu barədə ShimalNews 4 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşlarının son iki gün ərzində keçirdikləri əməliyyatlar zamanı rayon sakinləri – Mətləb Alıyev, Vüsal Mahmudov, Aydın Teymurov və Əlisahab Əlizadədən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb. Onlar barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Son 1 ay ərzində rayon polis şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng aşkar edilərək götürülüb.