İsmayıllı rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb. Bu barədə ShimalNews 3 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri F.Piriyev və Ə.Fətəliyevdən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Tircan kənd sakinlərindən qanunsuz olaraq saxladıqları ümumilikdə 2 ədəd “İJ-18”, eləcə də “TOZ” markalı ov tüfəngi aşkarlanıb.