İsmayıllıdan olan müəllim “İlin gənc müəllimi – 2022” müsabiqəsində uğurla iştirak edib. Bu barədə ShimalNews 1 fevral tarixində məlumat verir.

Talıstan kənd tam orta məktəbində tarix fənnini tədris edən Orxan Əhmədov iştirakçılar arasında “ən yaxşı onluq”da yer alıb.

Yarışma 3 turdan ibarət olub. Təşkilatçılıq Milli Məclisin Mədəniyyət komitəsi və AzEdu.az Təhsil Portalı ilə birgə həyata keçirilib.