Qubada sambo idman növü üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews yanvarın 31-də Quba rayon Gənclər və İdman idarəsinə istinadən məlumat verir.
Turnir “Gənclər həftəsi” çərçivəsində 2 Fevral – Gənclər Gününə həsr olunub. Yarışın sonunda qalib samboçular Quba rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif ediliblər.