Gənclər üçün bu gündən “Xaçmaz bir incidir!” adlı fotomüsabiqəyə start verilib. Bu barədə ShimalNews 30 yanvar tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yarış onlayn formatda fevralın 2-dək davam edəcək. İştirakçılar “Təbiət və ətraf aləm” mövzusuna uyğun şəkilləri ad, soyad və təvəllüdünü qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Müsabiqənin şərtləri aşağıdakı kimidir:
- Müsabiqəyə yalnız mobil telefonla çəkilən şəkillər qəbul edilir;
- Hər bir iştirakçı müsabiqəyə yalnız 1 foto təqdim edə bilər;
- Şəkillər aydın və keyfiyyətli olmalıdır.
Qaliblər və fərqlənənlər fəxri fərmanlarla mükafatlandırılacaqlar.
Yaş həddi: 14- 29. Son müraciət tarixi: 2 fevral, saat 18:00.