Xaçmazda qəzaya düşən avtomobildə xəsarət alan var. Bu barədə ShimalNews-a 30 yanvar tarixində məlumat daxil olub.

Hadisə yanvarın 29-u səhər saatlarında Çənlibel parkının yanında baş verib. “VAZ” markalı minik avtomobilinin qarşısına eyni istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobili çıxıb. “VAZ”ın sürücüsü üçün bu gözlənilməz olub və o, idarəetməni itirərək “qoşa qapı”ya çarpılıb.

Nəticədə minik avtomobilin sərnişini xəsarət alıb. Onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırıblar.

Şahidlərin sözlərinə görə sürücü Hülövlü kəndindəndir. O və sərnişini xeyir işə tələsirdirlər.

Xaçmazda qəzaya düşən avtomobildə xəsarət alan var