Qusar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri  Gününə həsr olunmuş şahmat turniri keçirilib. Bu barədə ShimalNews 30 yanvar tarixində adıçəkilən idarəyə istinadən xəbər verir.

“Simurq” Kulturologiya Mərkəzində Gənclər həftəsi çərçivəsində 61 nəfər 5 yaş qrupu üzrə qızlar və oğlanlar yarışıblar.

Nəticədə 5-6 yaş qrupu üzrə Həmzəyev Renat, 7-8 yaş qrupu üzrə Mahmudov Vidadi, 9-10 yaş qrupu üzrə Bədəlov Səməd, 11-12 yaş qrupu üzrə  Abdullayev Cəlal, 13-14 yaş qrupu üzrə Osmanov Marat maksimum nəticə göstərərək 1-ci yerə layiq görülüblər.

Hər yaş qrupu üzrə  I, II və III yerlərə layiq görülmüş idmançılar Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunublar.