Qubada 2 nəfər sürücü narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Bu barədə ShimalNews 30 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“VAZ-2107” markalı nəqliyyat vasitəsinin sürücüsü Laçın Manafov və “NİVA” markalı avtomobilin sürücüsü Emin Daşdəmirov yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarına görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Tibbi müayinə nəticəsinə əsasən, həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.