Bu gün səhər saatlarından başlayaraq təzə avtovağzalın yaxınlığında yolun işıqlandırılması üçün işlər icra olunur. Bu haqda ShimalNews 30 yanvar tarixində məlumat verir.

M.P.Vaqif küçəsində avtomobil və piyadaların hərəkəti qismən məhdudlaşdırılıb. Ərazidə “Azərenerji” ASC-nin xeyli sayda texnikası və canlı qüvvəsi çalışır.

Günün sonuna kimi betonlama işlərinin yekunlaşdırılması planlaşdırılır.