Quba rayonunun Vəlvələ kəndində 294 şagirdin təhsil ala biləcəyi yeni məktəbin inşası davam edir. Bu barədə ShimalNews 30 yanvar tarixində məlumat verir.
Artıq bünövrə salınması icra olunur. Müasir, üçmərtəbəli bina köhnə məktəbin yerində tikilir. Onun istiliyini təmin etmək üçün qazanxana və su anbarları da tikiləcək.
Təhsil ocağının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.