Quba-Qusar yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda ShimalNews 30 yanvar tarixində xəbər verir.
Hadisə yanvarın 29-u saat 14:00 radələrində Qırmızı Qəsəbəyə düşən yolda baş verib. “VAZ-21011” və “VolksWagen” markalı avtomobillər toqquşub. Xəsarət alan olmayıb.
Əraziyə sığorta və polis əməkdaşları cəlb edilib.